Sonntag, 12. Dezember 2010

Eşittim



Türkan Urmulu


Urmu-chichek.jpg

5.
Eşittim
Maraqlanmışsan bəlli
Yox
Dəyişən birşey yox
Getdiyindən bəri ...
Gözlərimdə eyni baxış
Yalanlara yer verməyən
Eyni qorxuluqlarla sarılmış ...
Hələdə
ən sevdiyim
yağışdır baharlarda
anımsayıram
sənlə
hülü ağaclarının çiçəklərinə
qonaq gedəcəkdik
Urmuda!
Nəysə...
Sevirəm hələdə gecəni
Gecələrdə
Şam yandırmağı
Yatmadan öncə
Aya baxmağı
Göy buludlu deyilsə təbii !!
Eynidir ürəyim
Dəyişən birşey yox
Xəyanəttən ortasında bir ox dışında
Gələn
Gedən
Yox...
Hələdə tapıram
O odlu dumanlı
Başı bəlalı
YURDUMA
Adın deyim
Adına qurban
AZEƏRBAYCAN’a
Hələdə ölürəm mən
Anama
Anamın
əllərınə
gözlərinə
qucağına
sevirən hələdə
sənə
səni sevirən deyən
dilimə
həyə ...
həyə ...
mən
ölürəm
öz dilimə
özümə

özlüyümə
hən
eyniyəm mən
özüməm
buraxdığın kimi
heç deyişməmişəm
dəliydim
yalnız
zır dəliyə dönmüşəm !*

*Qadınca Sayı İki

Keine Kommentare:

Kommentar veröffentlichen